AZ

Paşinyan çıxılmaz vəziyyətdə: Onu savaşa kim tələsdirir? - ŞOK DETALLAR

Son dövrlərdə Ermənistanın atdığı “cəsarətli” addımlar beynəlxalq və regional siyasətdə müzakirələrin mərkəzinə çevrilib. Xüsusilə sülh prosesindən və Azərbaycanla danışıqlardan boyun qaçırmaqla yanaşı, Nikol Paşinyan liderliyindəki hökumətin yeni və güclü müttəfiqlər axtarma səyləri diqqəti cəlb edir. Bu strategiyaşın arxasındaki motivlərə regiondaxili siyasi reallıqlar, beynəlxalq geosiyasi maraqlar və daxili ictimai-siyasi amillər ciddi təsir göstərir.

Yenisabah.az məsələni bir sıra siyasi səbəblərini araşdırıb.

Siyasi şərhçilər Ermənistan Baş nazirinin müzakirə yaradan addımlarını bir neçə aspektdən qiymətləndirir.

Belə ki, Nikol Paşinyanın hökuməti daxili arenada ciddi təzyiqlərə məruz qalır. Ermənistan mükalifəti Paşinyanın idarəetməsini çətinliyə salan tənqid kampaniyaları aparır. Bu, liderin ictimai etimadını zəiflədir və daxili siyasi mühitdə qeyri-sabitlik yarada bilir. Eyni zamanda Ermənistan iqtisadiyyatı Paşinyan hökuməti dövründə xeyli çətinliklərlə üzləşib. Bu problemlər xalq arasında narazılığı artırır və hökumətə qarşı etirazlarla nəticələnir.

Moskva ilə ənənəvi olaraq yaxın olan Ermənistan son dövrlərdə Rusiya-Ermənistan münasibətlərində gərginlik yaşayır. Bu gərginlik bir neçə aspektlə özünü göstərir. İlk növbədə Rusiya KTMT (Kollektiv Təhlükəsizlik Müaqaviləsi Təşkilatı) çərçivəsində Ermənistana sözdə dəstək versə də, praktikada lazımi yardımı göstərməyib. Bu da Ermənistanı mütəfiqlik siyasətində yeni istiqamətlər axtarmağa məcbur edir.

Digər tərəfdən, Rusiya Ermənistanın Qərbə inteqrasiya səylərinə neqativ reaksiya verir. Bu münasibətlər isə Ermənistanın şimala arxalanması imkanlarını azaldır.

Paşinyanın Qərbə inteqrasiya səyləri xüsusilə ABŞ və Fransa kimi dövlətlərlə münasibətlərin möhkəmləndirilməsində ifadə olunur. Bununla da, Ermənistan bir neçə istiqamətdə nəticələr əldə etməyə çalışır. Burada iki faktor mövcuddur: Hərbi və siyasi dəstək. ABŞ və Fransa Ermənistana hərbi yardımı artırmaq potensialını qiymətləndirir. Ermənistan Qərbə inteqrasiya prosesini Rusiya təzyiqlərinə qarşı balans yaratmaq üzrə strategiya kimi istifadə edir.

Ermənistanın bu siyasəti regional balansa ciddi təsir edir. Azərbaycanla sülh danışıqlarından boyun qaçırması gərginliyin artmasına səbəb olur. Digər tərəfdən, Qərbə meyillilik Rusiyanın regionda təsirini azalda bilər. Bu tərəzidə Ermənistanın çıxışları gələcəkdə daha kompleks siyasi situasiyalara yol aça bilər. Ermənistanın “cəsarətli” siyasəti daxili siyasi sabitliyin qorunması, xarici təzyiqlərin azaldılması və yeni mütəfiqlərə söykənmək üçün strategiya rolunu oynayır. Bununla birlikdə, bu addımların uzunmüdətli təsirləri qeyri-müəyyəndir və regional sülh prosesi üçün ciddi mənfi nəticələri özündə ehtiva edir.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
14
50
yenisabah.az

10Mənbələr