AZ

Azərbaycanlılarla ermənilər bu halda birgə yaşaya bilər -

Fevralın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri planlaşdırılır. Paşinyan rəsmi görüşlərində sammitdə çıxış edəcəyini bildirib, lakin bu səfərin ən əhəmiyyətli aspektlərindən biri onun ABŞ ilə münasibətləri daha da möhkəmləndirmək niyyətində olmasıdır. Xüsusilə, ABŞ prezidenti Donald Tramp ilə müsbət əlaqələr qurmağa çalışan Ermənistan rəhbərliyi hazırda da Vaşinqtondan iqtisadi və siyasi dəstək almağı hədəfləyə bilər.Bəs bu gəlişmələr fonunda ABŞ-nin hakimiyyəti Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında rol oynaya bilər? Millət vəkili Naqif Həmzəyev Metbuat.az-a açıqlamasında xatırladıb ki, Amerikanın prezidenti Donald Tramp bütün müharibələri dayandırmaq istədiyini və Amerikanın güclənməsi üçün çalışacağını bütün bəyanatlarında söyləyib. Bu baxımdan Cənubi Qafqazda uzunmüddətli sülhün baş tutması üçün Amerikanın da səylərinin vacib olduğunu düşünür: “Ancaq Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası qərəzsiz olaraq sülhün əldə olunmasına yanaşmalı, konkret tərəf tutmamalıdır və ya açıq şəkildə Ermənistanı dəstəkləməməlidir. İstənilən halda başqa dövlətlərin səyləri, sülhün əldə olunması üçün töhfələri sevindirici haldır. Ancaq unutmamalıyıq ki, sülh anlaşmasını Azərbaycan və Ermənistan imzalayacaq və bu baxımdan biz heç bir vasitəçi olmadan sərhədlərimizin delimitasiya və demarkasiyasının baş tutmasına şahidlik etmişik və bu prosesi uğurla davam etdirilir”. Siyasətçi bildirib ki, əgər Qərb dövlətləri Ermənistanı süni şəkildə cəsarətləndirməsələr, aktiv şəkildə silahlandırmasalar, Ermənistan reallıqları daha yaxşı dərk edəcək və daha sürətli şəkildə uzunmüddətli sülh mümkün olacaq. Bunun sayəsində də yaxın gələcəkdə birgə yaşayışa şahidlik edə biləcəyik: “Bu baxımdan düşünürəm ki, Donald Tramp da Cənubi Qafqazda sülhün əldə edilməsinə töhfə verəcək. Ondan öncəki ABŞ administrasiyasının - Bayden hökumətinin buraxdığı səhvləri təkrarlamayacaq, əksinə bu səhvləri daha yaxşı şəkildə düzəldəcək. Eyni zamanda Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və görüşü planlaşdırılır ki, burada əsasən Ukrayna-Rusiya münaqişəsinin normallaşdırılması müzakirə ediləcək. Ancaq hesab edirəm ki, bu görüşdə Cənubi Qafqazda sülhün əldə edilməsi, Yaxın və Orta Şərqdə baş tutacaq bir çox proseslər də öz töhfəsini alacaq”. Millət vəkilinin sözlərinə görə, biz 2025-ci ildə sülhə daha yaxınıq və bu il sülhün əldə olunması üçün çox əla şanslar var. Bir şərtlə ki, Ermənistan tərəfi təxribat törətməsin və vaxt qazanmaq istəməsin, real olaraq proseslərə yanaşaraq öz öhdəliklərini yerinə yetirsin.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
50
metbuat.az

10Mənbələr