Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan "Qərb və Şərq"adlandırıla biləcək yeni geosiyasi doktrina çərçivəsində siyasətyürütdüyünü vurğulayıb. Əslində, onun xarici siyasət taktikasıQərb, Rusiya və İran arasında ləngər vuraraq tərəflərdən hərbirindən yararlanmaq niyyətindən başqa heç nə deyil. Bu isə, təbiiki, heç bir halda İrəvanın xarici siyasətinin düşünülmüş strategiyaməcrasında yürüdüldüyünü söyləməyə əsas vermir.
ABŞ və Ermənistan arasında Co Bayden administrasiyasınıngedərayaq "hədiyyə" kimi təqdim etdiyi, Vaşinqtonda imzalanmış"Strateji Tərəfdaşlıq Xartiyası" adlı sənəd sadəcə diplomatik jestdeyil, Ermənistanın ABŞ və Rusiya arasında iki cəbhədə oynamağaçalışdığı və nəticədə özünü riskə atdığı ümidsiz cəhdin simvoludur.Nikol Paşinyan və onun dəstəsi siyasi manevrlər və kulis oyunlarınavərdiş etmiş olaraq, bu sənədi növbəti uzaqgörənlikdən məhrum birsəhv və özünüaldatma nümunəsinə çevirdilər.
Yanvarın 14-də ABŞ-nin artıq sabiq dövlət katibi Antoni Blinkenvə Ermənistanın XİN başçısı Ararat Mirzoyan tərəfindən təntənəlişəkildə imzalanmış Xartiya Ermənistanın hakimiyyət dəhlizlərində,daha sonra isə erməni mediasında "erməni xalqında qələbə ruhuyaradacaq addım" kimi qələmə verildi.
Erməni mediası haqqında bəhs olunan sənədi "diplomatiyada vəölkənin təhlükəsizliyinin təminatında çox ciddi irəliləyiş", "ABŞilə münasibətlərdə yeni dövr" kimi təqdim etməyə tələsdi. Di gəl,əslində olan tam fərqlidir.
Rəsmi İrəvan yenə diletantlıq etdi, Rusiya və İranlamünasibətlərini ciddi təhlükə altına atdı, Vaşinqtonun vədlərinəinandı.
Xartiyanın əsas müddəaları Ermənistanın qonşuları vəmüttəfiqləri arasında əsl emosiya fırtınası yaratdı. ABŞ-nin"erməni sərhədçilərinin təlimi" bəhanəsi altında faktiki olaraqErmənistan sərhədlərində nəzarət qurmaq imkanı əldə etməsiermənilərə yaxşı heç nə vəd etmir.
Təbii ki, sərhədində amerikalı hərbçilərin peyda olmasıperspektivi İranı təşvişə salıb və yetərincə qəzəbləndirib.
Amma əsl şok Moskva üçün idi: Amerikanın "məsləhətçilərinin vətəlimatçılarının" Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə vəİranla sərhədlərində də peyda olması Kreml üçün çox sinirliehtimaldır.
Çünki ermənilərin Türkiyə və İranla sərhədlərinin mühafizəsiniməhz rusiyalı sərhədçilər reallaşdırır, həmin bölgədə onlar sözsahibidir. Bu günə qədər Rusiyanın hərbi və siyasi qüvvəsinindominant olduğu sərhəd bölgələrində amerikalı "təlimatçılar"ınpeyda olması Kreml üçün açıq bir çağırışdır.
Xartiyanın nüvə aspekti də bir o qədər mübahisəlidir. "Kütləviqırğın silahlarının yayılmasına nəzarət" haqqında qeyd -Ermənistanın köhnəlmiş, lakin strateji əhəmiyyətli infrastrukturuolan Metsamor atom-elektrik stansiyasına açıq bir işarədir. Bumaddə, təbii ki, Rusiyanın Ermənistanın enerji sektorundakı rolunuzəiflətməyə və eyni zamanda ABŞ-nin təsirini artırmağa yönəlib.Amma Ermənistan bu "nəzarət" üçün həqiqətən də ödəməyəhazırdırmı?
Xartiyanın Qarabağa aid olan bölməsi xüsusi diqqətə layiqdir.İrəvan Vaşinqtonu "etnik təmizləmələr" və ya "məcburi köçürmə" kimiifadələri sənədə daxil etməyə inandıra bilmədi. Bu, Ermənistandiplomatiyasının Qərbin dəstəyini qazanmaq üçün emosionalnarrativlərdən istifadə etdiyi hər bir cəhddə uğursuz olduğunugöstərir. Bunun əvəzinə, ABŞ münaqişə ritorikasından uzaq dayanaraqErmənistanı keçmiş səhvlərini özünün əsaslandırmağa buraxdı.
Xartiya imzalanan kimi Nikol Paşinyan tələsik Vladimir Putinəzəng edib hərəkətlərinə izahat verməyə çalışdı. Fəqət vəziyyətözü-özlüyündə hər şeyi deyir: Ermənistan ABŞ-yə doğru addım atır vəeyni zamanda Rusiyanın sadiq müttəfiqi olduğunu iddia edir. Buikiüzlü oyunu uğurlu adlandırmaq çətindir, xüsusilə Avrasiyaİqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasındakı əsasprinsiplərin uyğun gəlmədiyini nəzərə alanda.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da SergeyLavrovla görüşərək Moskvaya ABŞ ilə strateji tərəfdaşlığın Rusiyailə münasibətlərə təhdid yaratmadığını təsdiqləməyə çalışdı.
Amma belə bəyanatlar Ermənistanın qeyri-real ambisiyalarınınağırlığını daşıya bilməyən iki stulda oturmağa çalışmasını əksetdirir.
Donald Trampın inaqurasiyasından sonra ən maraqlı hadisələr başverməyə başladı. ABŞ-nin sərt mövqeyi ilə tanınan yeni prezidentiCo Baydenin dövründə imzalanmış bütün sazişləri, o cümlədənErmənistanla imzalanmış Xartiyanı yenidən gözdən keçirməkniyyətində ola bilər. Bu ehtimal, Ermənistan siyasətçiləriniaçıq-aşkar narahat edir. Aşkar görünür ki, İrəvan uzunmüddətli vəçoxgedişli siyasi oyuna hazır deyil.
Rusiya siyasətçiləri isə artıq açıq şəkildə bildiriblər: MoskvaErmənistanın Rusiyanı öz maraqlarına xidmət edən bir alət kimiistifadə etməyə davam etməsinə göz yummayacaq. Rusiya DövlətDumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovunsözləri bu mövqeyi aydın ifadə edir: “Əgər Ermənistan rəhbərliyiAvropa İttifaqına qoşulmağa qərar versə, buyursunlar. Amma qoy ozaman seçimlərini qəti şəkildə etsinlər. Biz Rusiya olaraq,səbrimizin sərhədsiz olmadığını bildirmək istəyirik”.
Ermənistan ilə Rusiya arasında baş verən siyasi teatr artıquzanan və sonluğu aydın olan bir dramı xatırladır. LeonidKalaşnikovun Ermənistan hakimiyyətinə ünvanlanan sözləri göstərirki, Kreml Paşinyan hökumətinin hərəkətlərindən əməllicə usanıb.Nikol Paşinyan və onun komandası, iki cəbhədə oynamaq səyləri iləöz ölkəsini çıxılmaz vəziyyətə salırlar.
Sergey Lavrovun Ararat Mirzoyan ilə görüşündə “qarşılıqlı məqbulhəll yolları” ifadəsini işlətməsi dərin məyusluğun diplomatikpərdələnməsi təsiri bağışlayır.
Ermənistan ABŞ-nin “xüsusi tərəfdaşı” statusunu qorumaq və eynizamanda KTMT və Rusiya ilə formal əlaqələrini saxlamağa çalışaraqtam strateji perspektivdən məhrum olduğunu nümayiş etdirir.
Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edən İrəvanın buaddımı daxili siyasi qeyri-sabitlikdən diqqəti yayındırmaq vəErmənistan cəmiyyətinə xarici siyasətdə “uğurlar” göstərmək cəhdikimi qiymətləndirilə bilər. Ancaq Moskva bu bəyanatların arxasındareal məzmun olmadığını yaxşı başa düşür. Kreml üçün aydındır ki,Paşinyan və onun ətrafı hər hansı əməkdaşlıq formatını siyasişantaj aləti kimi istifadə etməyə çalışır. Halbuki bu metod işləkdeyil və çoxdan kütləşib.
Rusiya Ermənistanın münasibətlərindəki ikiüzlü yanaşmaya dahadözməyəcəyini açıq şəkildə bəyan edib.
Ermənilərsə iddia edirlər ki, Moskva əslində, İrəvanlamünasibətləri qismən də olsa, normallaşdırmaq məqsədilə "diplomatikpauza" verib.
Əslində bu "pauza" İrəvana nişangahdan baxmaqdır.
Moskva İrəvanın ABŞ ilə alyansının və Avropa İttifaqınainteqrasiya cəhdlərinin ikitərəfli münasibətlərə təhdid olmadığınıiddia edən açıqlamalarını huşyarlıqla dinləyirmiş kimi görünür.Amma əslində, Kreml Ermənistanda siyasi vəziyyətin dəyişəcəyinigözləyir ki, nəhayət, İrəvanda özünə etibarlı tərəfdaş tapabilsin.
Səbəb bəlli: Nikol Paşinyan Kreml üçün artıq çoxdan "silinmiş"bir fiqurdur. Onun hakimiyyətdə qalması sadəcə müvəqqəti biranlaşılmazlıq kimi qəbul edilir. Ananyan bildirir ki, Rusiya artıqPaşinyanı əvəz edə biləcək uyğun namizədləri axtarmağabaşlayıb.
Bu kontekstdə “saray çevrilişi” ehtimalı haqqında söhbətlərinartması Kreml daxilində Ermənistan rəhbərliyinə qarşı artanməyusluğu əks etdirir.
Ermənistanın yanlış istiqamətə yönəlmiş siyasəti, ölkənibeynəlxalq arenada təcrid vəziyyətinə salmaq təhlükəsi ilə üz-üzəqoyur. Rusiya üçün Ermənistan strateji baxımdan vacib bir tərəfdaşolaraq qalır, lakin Kreml münasibətlərin davamlı vəproqnozlaşdırıla bilən olması üçün Paşinyan hökumətinin yerinə dahaetibarlı bir rəhbərlik görmək istəyir.
Əgər İrəvan siyasi kursunu dəyişməzsə, Ermənistan həm regionaldəstəyini itirə, həm də öz suverenliyini daha da risk altına salabilər.
Ermənistan təhlükəli siyasi oyunlar oynamaqla hər şeyi itirməkriski qarşısındadır. Onun Rusiya ilə Qərb arasında tutduğu mövqediplomatik çevikliyin nümunəsi deyil, əksinə, strateji istiqamətintamamilə itirilməsi anlamına gəlir. Strateji kurs seçməkdə çətinlikçəkən İrəvan, artıq heç kimin əməkdaşlıq etmək istəmədiyi problemlitərəfdaşa çevrilir.
Rusiya üçün Cənubi Qafqazda sabitlik siyasətinin əsaselementidir: ələlxüsus da Qərblə davam edən qarşıdurma və Ukraynaböhranı fonunda. Moskva Ermənistanın manevrlərinə müvəqqətidözümlülük göstərir, lakin bunun yalnız yeni gərginlik ocaqlarınınyaranmaması üçün olduğu aydındır.
Rusiyanın səbrinin sərhədi var və bu vəziyyət sonsuzadək davamedə bilməz.
Reallıq odur ki, Ermənistan elə bir vəziyyətə düşüb ki, onungələcək taleyi yalnız siyasi kursun və hakimiyyətindəyişdirilməsindən asılıdır. Rusiya Paşinyanla uzunmüddətlitərəfdaşlıq perspektivini görmür. İrəvanda yalnız yeni liderlərinhakimiyyətə gəlməsi, Kremlə aydın və proqnozlaşdırıla bilənmünasibətləri təmin edə bilər. Bu dəyişiklik olmadan Ermənistanınsabitliyi təmin etməsi mümkün deyil.
Ermənistan öz siyasi oyunlarının artıq işə yaramadığı birnöqtəyə gəlib çatıb. Rusiya ilə Qərb arasında balans saxlamaqcəhdi, ölkəni təcrid vəziyyətinə və əsas tərəfdaşların etimadınıitirməyə aparır. Moskva üçün İrəvan strateji baxımdan mühümmüttəfiq olaraq qalır, lakin bu münasibətlərin davamı yalnızErmənistan rəhbərliyindəki dəyişikliyə bağlıdır. Əks təqdirdə,Ermənistan təkcə Rusiyanın dəstəyini deyil, öz gələcəyini dəitirmək riski ilə üzləşir.
Nikol Paşinyanın və dəstəsinin son konvulsiv davranışları iləbəyanatları təkcə rəsmi İrəvanın diplomatik səhvini deyil, həm dəonun bütün müttəfiqlərinə və qonşularına bir mesajını ifadə edir.İrəvan uzunmüddətli sabitliyi qurban verərək qısa müddətlimənfəətlərin arxasınca gedən strategiyasını davam etdirir.Amerikanın Ermənistan sərhədlərində mövcudluğu və Avropa İttifaqıilə Avrasiya İqtisadi İttifaqı arasında balans yaratmaq cəhdləritəkcə Rusiya ilə münasibətləri deyil, həm də Ermənistanın daxilisabitliyini təhlükə altına qoyur.
Ermənistanın qeyri-müəyyən xarici siyasəti onu geosiyasi arenadazəif və etibarsız oyunçuya çevirir. ABŞ ilə tərəfdaşlıq Moskvanınsəbrini tükətdi. Ermənistanın gələcək taleyi yalnız daha aydın vədavamlı bir siyasət kursu seçilməsindən asılı olacaq. Əks halda,Ermənistan regional dəstəkdən məhrum qalaraq yalnız özünü təcridvəziyyətinə sala bilər.
Nikol Paşinyanın hər kəsə xoş gəlmək istəyi ermənilər üçün böyükrisklər doğuracaq.
Sadəlövh illüziyalar və ikili standartlar siyasəti, Yerevanınümid etdiyi nəticələri təmin etməyəcək. Moskva və Vaşinqton bumanevrləri müşahidə edərkən Ermənistan böyük geosiyasi oyundagetdikcə daha çox dəyişdirilə bilən bir fiqura çevrilir.