Qərb Ukraynada döyüşlər bitdikdən sonra Rusiya ilə növbəti münaqişəyə hazırlaşmağa başlayacaq. AFN.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.Nəşrin yazdığına görə, bu mövqeni Britaniyanın səhra ordusunun komandanı, general-leytenant Mayk Elviss də bölüşür. "Ukraynada silahlar susduqda, Rusiyanın yenidən doğulması və bərpası olacaq" deyən Mayk Elviss İngiltərənin Farnboro şəhərində keçirilən hərbi konfransda deyib: "Bu, strateji bir dövrdə adi çəkindirmənin istiqamətini dəyişdirmək və bərpa etmək yarışı olacaq".NATO-nun Çevik Cavab Korpusunun komandanı, general-leytenant Rafe Vuddis də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri döyüş meydanında dəyişikliklərə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirdiyi üçün “növbəti dəfə daha yaxşı hazırlaşacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta