AZ

İraq uşaq nikahını qanuniləşdirib

İraq parlamenti uşaq nikahına faktiki icazə verən şəxsi status qanununa düzəlişlər qəbul edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Associated Press məlumat yayıb.

 

Son vaxtlara qədər İraqda evlənmək üçün minimum yaş həddi 18 idi, lakin düzəlişlər İslam məhkəmələrinə daha böyük səlahiyyətlər verir. İndi islam din xadimləri müsəlman hüquq normalarına əsaslanaraq müstəqil şəkildə nikah yaşını müəyyən edə bilərlər.

Bundan əvvəl Müsəlmanların Ruhani İdarəsi (SAM) rusiyalı islam ardıcıllarına dini çoxarvadlılığa icazə verib.

 

Nigar

 

Seçilən
15
oxu24.com

1Mənbələr