AZ

Göyçayda qadın bədbəxt hadisə nəticəsinə vəfat etdi

5 gün əvvəl Göyçayda su ilə dolu çənin partlaması nəticəsində yanıq xəsarətləri alan qadın vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.Qeyd edək ki, 1991-ci il təvəllüdlü Cəfərova Sevinc yaşadığı evin hamam otağında su ilə dolu çənin partlaması nəticəsində yanıq xəsarətləri almışdı. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılmış və həkim nəzarətinə götürülmüşdü. Onun bədəninin 80% hissəsi tamamilə yanmışdı. Xəstə ixtisaslaşmış müayinə və müalicə məqsədilə Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilmişdi.

Seçilən
11
9
metbuat.az

8Mənbələr