ABŞ prezidenti ruslara sevgi ilə yanaşdığını qeyd edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlər saxlayır və Rusiya xalqına sevgi ilə yanaşır.
"Rusiyanı incitmək fikrim yoxdur. Mənim Rusiya xalqına sevgim var və prezident Putinlə həmişə yaxşı münasibətim olub", - ABŞ prezidenti "Truth Social"-da yazıb.
Bundan əvvəl Tramp Putinlə görüşün “çox tezliklə” baş tutacağına ümid etdiyini bildirib.
Bildirək ki, Putinlə Tramp sonuncu dəfə 2020-ci il iyulun 23-də telefonla danışıblar.
Aytən Yaşar/ Turkustan.az