AZ

“Bütün klublar hazırlıq mərhələsini yarımçıq keçdi” - Aslan Kərimov həyəcan təbili çaldı

Qış fasiləsi başa çatdı. Bu müddətdə bir neçə yoxlama oyunları keçirilib ki, son iki sayımızda bunlar haqda ətraflı bilgi vermişik. Fasilə müddətində premyer-liqanın 9 klubu yoxlama oyunu keçirdi. Yalnız “Neftçi” belə oyuna ehtiyac görmədi və ya rəqib tapa bilmədi.

Bəs klublar çempionatın 2-ci və həlledici hissəsinə hazırdımı? Təcrübəli mürtəxəssis Aslan Kərimovun bu yöndə fikirlərinə ehtiyac duyduq:

“Hesab edirəm ki, qış fasiləsi yetərincə az vaxtı əhatə etdi. Adətən, hazırlıq dövrü keçmək üçün klublara, heç olmasa, 4-5 həftə vaxt lazım olur. Onun 7-10 gününü oyunçular istirahətdə keçirirr. Qalan vaxtda isə normal hazırlıq keçmək mümkündü. Yanvarın 17-də artıq oyunlar başlayır. Ümumilikdə cəmi 4 həftə fasilə oldu. Onun da bir həftəsini, yənu yeni il müddətində oyunçular istirahətə buraxıldı. Dolayısıyla iki həftə vaxtları oldu. Buna mezo tsikl də demək olmaz. Çünki hazırlıq dövrləri makro, mezo və mikro tsikllərdən ibarətdi. İkihəftəlik hazırlıq müddəti bütün komandalar üçün yetərsiz idi. Oyunların keyfiyyəti və yaxud oyunların nəticələri böyük məna daşımır. “Qarabağ” - “Zirə”, “Sabah” - “Şamaxı” oyunları 120 dəqiqə davam edib. Anlaşılandı ki, ayrı-ayrı heyətləri, yaxud hansısa taktiki gedişləri yoxlamaq üçün bu formata əl atıblar. Yoxlama oyunlarının sayı az oldu. Komandaların hazırlaşmağa və yoxlama oyunu keçirməyə vaxtı qalmadı. Bütün klublar hazırlıq mərhələsini yarımçıq keçdi. Düşünürəm ki, bunun təsirini də daxili çempionatda görəcəyik. Hələ ki optimal forma yığa bilməyəcəklər. Daha sonra oyundan-oyuna “artıracaqlar”. Güman ki, bu yoxlama oyunlarının keyfiyyəti böyük top itkiləri və ya hansısa fiziki göstəricilərdə əksini tapacaq. İki həftəyə komandanı optimal hala gətirmək çox çətin məsələdi. O cümlədən transferlər baxımından... Ən az transfer olunan qış fasilələrindən biridi. Qış fasiləsində oyunçu almaq asan deyil, amma ötən illərdə bu müddətdə kifayət qədər transferlər olurdu. Bu il isə vaxt, yoxsa boş qalan futbolçu azlığındandımı, ya nədisə, klublarımız böyük transferlər edə bilməyib. Bu baxımdan hesab edirəm ki, yoldaşlıq görüşləri kifayət qədər olmadı. Komandaları razı salacaq qədər oyun keçirilmədi. Bunun keçirilməsi üçün isə yetərincə zaman olmadı”.

RÖYANƏ OĞUZ
Seçilən
25
17
football-plus.az

10Mənbələr