AZ

Slovakiyada dövlət çevrilişi təhlükəsi var

Slovakiyanın baş naziri Robert Fiko yanvarın 23-də“xarici ekspertlərin” iştirakı ilə Ukrayna və Gürcüstanda baş verən “rəngli inqilablar”a bənzər dövlət çevrilişi təhlükəsi barədə kəşfiyyat məlumatları ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Onun sözlərinə görə, küçə etirazları və inzibati binaların ələ keçirilməsi yolu ilə qanuni Slovakiya hakimiyyətini devirmək planları var. “Hazırlanan model çox sadədir və bir çox ölkədə sınaqdan keçirilib. Təsdiq edə bilərəm ki, Slovakiyada Gürcüstandakı hadisələrdə və Ukraynadakı Maydanda fəal iştirak edən bir qrup ekspertlər var, bu qrup müxtəlif mənbələrdən maliyyələşir”, – Robert Fiko mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün, yanvarın 22-də Slovakiyanın üç müxalifət partiyası – Tərəqqiçi Slovakiya, Azadlıq və Həmrəylik və Xristian Demokratik Hərəkat – Robert Fiko hökumətinə etimadsızlıq səsverməsinin qəbulu üçün yenidən parlamentə vəsatət təqdim ediblər. 150 deputatdan 76-nın səsini tələb edəcək səsvermə yeddi gün ərzində keçirilə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
10
editor.az

10Mənbələr