AZ

Trampı məhkəməyə şikayət etdilər

ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlayandan sonra ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verən qaydanı ləğv edən sərəncam imzalaması etirazla qarşılanıb. Metbuat.az xəbər verir ki, Demokrtaların nəzarətindəki 18 ştat Trampa qarşı iddia qaldırıb. Kaliforniya, Nyu-York və Nyu Cersi də daxil olmaqla 18 ştatın baş prokurorları Trampın sərəncamının konstitusiyaya zidd olduğunu əsas gətirərək San-Fransisko və Vaşinqton federal məhkəmələrinə müraciət ediblər. Məhkəməyə açılan iddiada Tramp konstitusiya prinsipini aradan qaldırmağa çalışmaqda günahlandırılıb. Bildirilib ki, prezidentin konstitusiya dəyişikliyini və ya lazımi qaydada qüvvəyə minmiş qanunu yenidən yazmaq və ya ləğv etmək səlahiyyəti yoxdur.

Müraciətdə deyilir ki, ABŞ-də hər il təxminən 150000 uşaq qeyri-vətəndaş olan valideynlər tərəfindən dünyaya gətirilir. Bu qərar icra edilərsə, uşaqlar vətəndaşlıqdan irəli gələn xidmətlərdən və federal fondlardan yararlana bilməyəcəklər.

Seçilən
7
metbuat.az

1Mənbələr