Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığındahökumət əleyhinə etiraz aksiyası davam edir.
Trend xəbər verirki, qanunvericilik binası qarşısına 1000-dən çox insan toplaşıb.Etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini bağlayıbvə nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Bəzi iştirakçılarisə parlament binasının qarşısındakı piyadalar üçün ayrılmışərazidə yerləşiblər.
Son bir neçə həftə ərzində olduğu kimi, aksiya dinc şəraitdəkeçirilməkdədir.
Etirazlar, baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaİttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dondurulduğunubəyan etməsindən sonra, noyabrın 28-dən başlayaraqintensivləşib.