“Şamaxı” futbolçusu Emin Zamanov ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin yanvarından komandada çıxış edən Zamanov ötən mövsüm I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta