AZ

Gömrükdə 140 ədəd müxtəlif markalı mobil telefon aşkarlandı - FOTO

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
11
18
bizim.media

10Mənbələr