Türkiyədə dolların yüksəlişi gözlənilir.
“Bakuinfo” Yenisabah.az-a istinadən xəbər verir ki, maliyyə bazarlarının diqqəti Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) tərəfindən açıqlanacaq faiz qərarına yönəlib. Dolların artışı isə davam edir. Ötən gün dolların kursu 34,65 TL-dən başlayıb, euro isə 37,13 TL-ə yüksəlib.
İqtisadçılar TCMB-nin siyasət faizini 47,5%-dən 45%-ə endirməsini gözləyir. Qeyd edək ki, TCMB dekabr ayında da 250 baza balı endirərək faizləri 50%-dən 47,5%-ə salmışdı.
Bu gün daxili və xarici bazarlarda əhəmiyyətli bir məlumatın olmadığı bildirilib. Qlobal bazarlar isə Donald Trumpın ticarət tarifi açıqlamaları ilə yüksəlişini davam etdirir.