Çinin Şanxay şəhərində insanabənzər robotların hazırlanması üçün nəzərdə tutulan ilk baza fəaliyyətə başlayıb. Baza robotların mürəkkəb tapşırıqları yerinə yetirmək üçün öyrədiləcəyi və təlim prosesi nəticələrinin tərtibatçılara ötürüləcəyi mərkəz kimi xidmət edəcək.
QHT.az xəbər verir ki, birinci mərhələdə burada 100 humanoid robot 10-dan çox ssenaridə sınaqdan keçiriləcək. Layihənin məqsədi süni intellekt texnologiyalarını inkişaf etdirmək və robotların real dünya şəraitinə uyğunlaşmasını artırmaqdır.
Çin əvvəllər “Walker S1” robotlarını istehsalatda istifadə edərək robototexnika sahəsində uğurlar qazanıb. Şanxay bazası isə robotların sənayeyə inteqrasiyasını və qlobal texnoloji yarışdakı mövqeyini daha da gücləndirməyi hədəfləyir.
R.İmanov