ABŞ prezidenti Donald Tramp Pensilvaniyadakı sui-qəsd zamanı onu mühafizə edən Şon Kurranı Məxfi Xidmətin rəisi təyin edib.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə özünün sosial şəbəkə hesabında bildirib.
O qeyd edib: "Kurran məni Batlerdə, Pensilvaniya ştatında gülllədən öz canı hesabına xilıas etməklə cəsarətini sübut etmişdi".
ABŞ prezidenti onu da vurğulayıb ki, Kurran son bir neçə ildə onun ailəsinin mühafizəçisi olub.
Müəllif: Teleqraf.com