Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında başvermiş sui-qəsd cəhdində özünü qorumaq üçün həyatını təhlükəyə atanŞon Karranı ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edib.
Trend-inməlumatına görə, Tramp bu barədə Truth Social şəbəkəsində paylaşımedib.
“Mən Şon Karranı ABŞ Məxfi Xidmətinin yeni direktoru təyinetməkdən şərəf duyuram”, – deyə Tramp paylaşımında qeyd edib.
Trampın sözlərinə görə, Karranın hüquq-mühafizə orqanlarında 23illik təcrübəsi var və o, 2001-ci ildə Məxfi Xidmətə qoşulub.Keçmiş prezident Karranın Batlerdə baş vermiş sui-qəsd cəhdindəqorxmazlıq nümayiş etdirərək öz həyatını təhlükəyə atdığını vəTrampın həyatını xilas etdiyini vurğulayıb.
“Şonun rəhbərliyi altında ABŞ Məxfi Xidmətinin daha güclüolacağına əminəm”, – Tramp bildirib.