AZ

SON DƏQİQƏ: Los-Ancelesdə yenidən meşə yanğınları başladı - VİDEO

ABŞ-nin qərbində, Kaliforniya ştatının Los-Anceles dairəsində iki saatdan az müddətdə 20 kvadrat kilometrdən çox ərazini əhatə edən yeni güclü meşə yanğını başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN televiziya şirkəti məlumat yayıb. Yanğının genişlənməsi təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları Kasteik gölü ətrafındakı ərazilərin sakinlərinin məcburi təxliyyə edilməsini elan edib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, güclü külək alovun yayılmasına kömək edir. Yanğın əhalinin sıx məskunlaşdığı əraziləri təhdid edir. Qeyd edək ki, Kaliforniyada meşə yanğınları tüğyan edir.

Yanğın yanvarın 7-də Los-Anceles dairəsində yayılmağa başlamışdı. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

Bölgədə yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox binanı məhv edib. Son məlumatlara görə, 25 nəfər ölüb. Yanğınların iqtisadi ziyanı 250 milyard dolları ötür.



Bizim.Media

Seçilən
18
50
bizim.media

10Mənbələr