AZ

Kişi voleybolçular arasında Azərbaycan çempionatında turun son oyunu keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyunda "Azərreyl" “Murov Az Terminal”la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Ötən gün MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.

Seçilən
4
3
report.az

10Mənbələr