AZ

Xilas olmaq üçün 12-ci mərtəbədən TULLANDI

Boluda Kartalkaya xizək mərkəzində Grand Kartal otelində baş verən yanğında 12-ci mərtəbədən atlayan Şevval Şahin (25) ağır yaralanıb.

Ajans.az xəbər verir ki, oteldə ofisiant işləyən Şahinin yanğın zamanı atası Erdal Şahinə video zəng etdiyi və onunla danışarkən aşağı tullanmağa qərar verdiyi öyrənilib.

Bartında yaşayan Şevval Şahin 1,5 ay əvvəl Kartalkaya xizək kurortunda dünən baş verən yanğında 76 nəfərin həyatını itirdiyi Grand Kartal otelində ofisiant kimi işə başlayıb.

Yanğın zamanı personalın mərtəbəsində qalan Şahin 12-ci mərtəbənin pəncərəsindən tullanaraq ağır yaralanıb. Şahinin müalicəsi Bolu Abant İzzet Baysal Universiteti Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində davam edir.

Seçilən
3
4
Ajans.az

4Mənbələr