AZ

Vaxtaşırı spirtli içki içənlərin NƏZƏRİNƏ

Vaxtaşırı spirtli içkilərin qəbulu zehni qabiliyyətləri azaldır və yaddaşı pozur.

Bizim.Media xəbər verir ki, bu xəbərdarlığı rusiyalı həkim dietoloq Yevgeni Arzamastsev edib. O, “Moskva 24” telekanalı ilə söhbətində spirtin beyinə təsirindən danışıb. Arzamastsev qeyd edib ki, spirt bütün orqanizmdə hüceyrələri məhv edir və beyin fəaliyyətinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, hətta vaxtaşırı spirtli içki qəbul etdikdə belə yaddaş itkisi və idrak qabiliyyətinin azalması müşahidə oluna bilər. Dietoloq vurğulayıb ki, alkoqol asılılığı beyin funksiyasında daha ciddi pozğunluqlara səbəb olur.

Onun fikrincə, bu vəziyyətdə insan artıq reallığı normal dərk edə, tez və aktiv düşünə bilmir.

Bizim.Media

Seçilən
20
15
bizim.media

10Mənbələr