1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusovu rayon ərazisində transformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.