AZ

Tramp həyatını qurtaran şəxsə yüksək vəzifə verdi

ABŞ Məxfi Xidmətinin yeni rəhbəri olaraq Şon Karran təyin edilib.

"Bakuinfo" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Truth Social” platformasında açıqlama verib.

Tramp Karranın qeyri-adi cəsarətini xüsusi vurğulayıb:

“O, Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqi zamanı məni sui-qəsdçinin gülləsindən xilas etmək üçün öz həyatını riskə atdı. Şonun Məxfi Xidmətin fəaliyyətini daha da gücləndirəcəyinə tam əminəm”.Xatırlatma

2024-cü il iyulun 13-də Pensilvaniyanın Batler şəhərində Donald Trampın seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə ona atəş açılmışdı. Hücumun qarşısını alan Karran, Prezidentin təhlükəsizliyini təmin edərək böyük qəhrəmanlıq nümayiş etdirmişdi.

Yeni təyinatla Məxfi Xidmətin ABŞ təhlükəsizliyindəki rolunun daha da artacağı gözlənilir.

Seçilən
14
bakuinfo.net

1Mənbələr