AZ

BMT: "Qəzzada partlamamış sursatların təmizlənməsi əsas problemlərdəndir"

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) Qlobal Mühafizə Qrupunun sonhesabatınaistinadən bildirir. Təşkilat vurğulayır ki, bu proses üçün 10 il vaxt lazımdır.

"Qəzzada dağıntılar altında basdırılan partlayıcıların təmizlənməsi, zərərsizləşdirilməsi üçün 500 milyon dollara ehtiyac var",- hesabatda deyilir.

Diqqətə çatdırılır ki, Qəzzanın xarabalıqlarının ümumi çəkisi təxminən 42 milyon tondur. Bu xarabalıqların daxilində saysız-hesabsızasbestvə digər təhlükəli minerallar, habelə cəsəd qalıqları var.
Qətərin Baş naziri:"Atəşkəs üzrə növbəti danışıqlar tezliklə başlamalıdır"

Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS terror təşkilatının Qəzza zolağına apardığı müharibədə yanvarın 19-da mərhələləli atəşkəs elan olunub. Atəşkəs çərçivəsində tərəflər arasında əsir mübadiləsi aparılmaqdadır. Müharibənin həlli üzrə vasitəçilər: ABŞ, Qətər və Misir atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələrin tezliklə başlamasına çağırırlar.

Firudin Həmidli
AzVision.az
Seçilən
29
50
azvision.az

10Mənbələr