Demokrat.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vladimir Müslümov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağını vəd edib.
Razılaşmaya əsasən, Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib. General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub. Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.
4Mənbələr
-
hurriyyet.azGeneral və bacanağı ilə bağlı məhkəmə işi - 391 minlik ev qalmaqalı ( 14987737)
-
tribunainfo.azAzərbaycanda general belə aldadıldı — TƏFƏRRÜAT ( 14977341)
-
demokrat.azAzərbaycanda general belə aldadıldı — TƏFƏRRÜAT ( 14976509)
-
bizim.mediaAzərbaycanda general belə aldadıldı - TƏFƏRRÜAT ( 14974665)