Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov 2-si qapıçı olmaqla 12 oyunçunu səfərə aparacaq.
Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə
Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə
Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Elias Xaralambus: “Qarabağ”a qarşı oynamaq bizim üçün çox çətin olacaq”
"Neftçi"dən yeni transfer - RƏSMİ
"Şamaxı"da ayrılıq
Millimizin daha bir rəqibi bəlli olub
Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb