Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının Cinayət sahəsi üzrə iştirakçıları üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənovanın təqdimatında təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim zamanı iştirakçılar "Vəkilin cinayət işində rolu və müdafiə strategiyaları" mövzusunda geniş və ətraflı məlumatlar əldə ediblər.
Bundan əlavə, təlimçi tərəfindən hazırlanmış kazus üzərində iş zamanı iştirakçılar öyrəndikləri nəzəri bilikləri tətbiq edərək, praktiki bacarıqlarını inkişaf etdiriblər.
Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.