AZ

Bu xor dünyanın ən yaşlı xoru oldu – Orta yaş həddi 94-dür + Video


Orta yaş həddi 94 olan 17 nəfərdən ibarət Britaniya xoru rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı xoru kimi tanınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “United Press International” (UPI) agentliyi məlumat yayıb.
“Prime Timers” adlanan xor 19 dekabr 2024-cü il tarixində Milad konserti üçün səhnəyə çıxanda 87-99 yaş arasında olan 17 üzvdən ibarət olub.
Zalda Ginnesin Rekordlar Kitabından olan münsif iştirak edib və o, çıxışdan sonra qrupun ən yaşlı xor rekordunu vurduğunu təsdiq edib.
Konsertdə məşhur britaniyalı müğənni Toni Kristi xora qoşularaq onlarla məşhur “Amarillo” və “Səssiz gecə” bəstələrini ifa edib.
Bütün müğənnilər Stratford-Upon-Eyvonda yerləşən və “Runwood Homes” şirkəti tərəfindən idarə olunan yeddi qocalar evinin sakinləridir.
Seçilən
22
9
yeniavaz.com

10Mənbələr