Bu gün yerli vaxtla saat 09:12-də İranın cənubunda yerləşən Buşehr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri vilayətin Cəm rayonunda olub. Yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Zəlzələnin baş verdiyi əraziyə ehtimal olunan xəsarətlərin dəyərləndirilməsi üçün xilasedicilər ezam olunub.