AZ

"ABŞ Azərbaycanın regionda lider dövlət kimi qəbul olunduğunu nəzərə almalıdır" - ŞƏRH

Deputat Arzu Nağıyev bildirib ki, Tramp hakimiyyəti dövründə ABŞ və Azərbaycan arasında yenidən müsbət addımlar atılacaqdır.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə Biden və Blinken administrasiyası tərəfindən Azərbaycana qarşı qərəzli münasibətin olduğunu qeyd edib. İki tərəfli münasibətlərin böhrana sürüklənməsinin əsas səbəbi kimi 907-ci düzəlişin yenidən bərpasını və Biden-Blinken administrasiyasının nankorluğunu təzahür kimi qiymətləndirirlib. Yəni əsas məsələ ondan ibarətdir ki, Biden və Blinken administrasiyası dövründə Ermənistan birmənalı şəkildə ABŞ-dən yardımlar alıb".

Bu sözləri "Operativ Media"ya Milli Məclisin deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Biden və Blinken administrasiyası Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyünü heç vaxt qəbul etməyib:

Ötən həftə isə Ermənistanla ABŞ təcili şəkildə ikitərəfli saziş imzalayıb. ABŞ bunu "humanitar yardım" adlandırsa da, burada əsas söhbət silah və sursatdan gedirdi. Erməni diasporasına məxsus olan müxtəlif təşkilatların Ermənistana olan yardımının leqallaşdırılmasına məhz administrasiyanın qərəzli mövqeyi mövcud idi. Bu məlumdur ki, Azərbaycana qarşı təxribatlar idi. Biden və Blinken administrasiyası Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyünü heç vaxt qəbul etməyib. 

Bu gün ABŞ-də Tramp administrasiyası yenidən hakimiyyətə gəlib. Trampın ABŞ-də birinci hakimiyyəti dövründə Azərbyacanın ABŞ ilə yüksək səviyyəli əməkdaşlığı olub. ABŞ-də yenidən Tramp hakimiyyətə gəldiyi üçün ümid edirəm ki, ABŞ-Azərbaycan arasında yenidən müsbət addımlar atılacaqdır. Dövlətlər bu gün maraqlarını hansısa tək-tək ölkələr arasında deyil, ümumilikdə regionallar arasında axtarır.

Regionda da lider dövlət kimi Azərbaycan qəbul olunur. Azərbaycan Respublikasının liderinin şəxsiyyəti, dünya tərəfindən tanınan lider olması da çox müsbət hal kimi dəyərləndirilir. Düşünürəm ki, Tramp administrasiyası bunu daim nəzərə alıb və bundan sonra da nəzərə alacaqdır".

Seçilən
8
operativmedia.az

1Mənbələr