"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Titul.az Report-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində tranformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!