AZ

"Az qala ürəyim dayanacaqdı" - PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasında "Mançester Siti" üzərində əzmkar qələbəsindən (4:2) sonra duyğularını bölüşüb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" nəşri qətərli funksionerin dediklərini belə təqdim edib:

“Ürəyim az qala dayanacaqdı. Komandamla çox fəxr edirəm. Möhtəşəm komandaya qarşı oynadıq. Açığı, 1/16 finala yüksələcəyimizə əmin deyildik. Rəqibimiz böyük məşqçiyə və böyük oyunçulara sahibdir. Biz də əla komanda olduğumuzu göstərdik. Bu gün hamı yüzdə yüz oynadı.

Azarkeşlər də əla idi. Hesab edirəm ki, bu gün mənim prezidentliyim dövründə ən yaxşı atmosfer idi. Tərəfdarlar komandanı dəstəkləməkdə çox mühüm rol oynadılar”. 

Qeyd edək ki, "Mançester Siti" oyunun gedişində hesabda 2:0 önə keçsələr də, parislilər möhtəşəm geridönüş edərək rəqibinə qalib gələ bilib.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr