AZ

ABŞ Meksika sərhədində hərbi varlığını artırır

ABŞ Meksika sərhədində hərbi varlığını artırır

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldiyi ilk gündə ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan etdikdən sonra ABŞ ordusu bölgədəki mövcudluğunu artırıb.Məsələdən xəbəri olan bir məmur CNN-ə bildirib ki, minlərlə əlavə ABŞ əsgərinə ölkənin cənub sərhədini dəstəkləmək əmri verilib.Bu həftədən başlayaraq cənub sərhədinə göndəriləcək əlavə aktiv əsgərlərin sayının minlərlə olcağı qeyd edilib. Əsgərlərin yalnız ABŞ-ın sərhəd patrul əməliyyatlarını davam etdirməyə kömək edəcəkləri, komanda və nəzarət mərkəzlərində axın və kəşfiyyat dəstəyi təmin edəcəkləri bildirilir.Rəsmilər bu ilk dalğadan sonra gələn həftələr və aylarda sərhədə daha fəal ABŞ qoşunlarının göndəriləcəyini proqnozlaşdırırlar.Qeyd edək ki, Daxili Təhlükəsizlik Nazirliyindən verilən məlumata görə, bu yaxınlarda cənub sərhədini qanunsuz keçən qeyri-qanuni mühacirlərin sayının gündə 1100-1300 nəfər olduğu açıqlanıb.

Seçilən
3
16
afn.az

7Mənbələr