AZ

Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
"Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri dayanır", - deyə D.Sonqulaşvili bildirib.
Azərbaycan səfiri nazirə yeni vəzifəsində uğurlar arzulayıb.
"Ətraf mühitin qorunması və kənd təsərrüfatı bizim üçün əməkdaşlığın maraqlı sahələridir. Düşünürəm ki, birgə bir çox qarşılıqlı maraq doğuran layihələri həyata keçirəcəyik", - deyə F.Quliyev vurğulayıb.
Seçilən
1
50
oxu.az

10Mənbələr