AZ

ABŞ "Meksika körfəzi" üçün "Amerika körfəzi" adından istifadə edəcək

ABŞ "Meksika körfəzi" üçün "Amerika körfəzi" adından istifadə edəcək

ABŞ Sahil Mühafizəsi (USCG) və Florida ştatı Donald Trampın dəstəklədiyi yeni adlandırma ilə əlaqədar olaraq Meksika körfəzini Amerika Körfəzi adlandırmağa başlayıb. Lakin hələlik ərazinin adı rəsmi olaraq dəyişdirilməyib.Trampın prezidentliyə başlamasından sonra imzaladığı bir sıra sərəncamlardan sonra USCG çərşənbə axşamı günü müxtəlif bölgələrə əlavə təhlükəsizlik elementlərinin yerləşdiriləcəyini açıqlayıb.Bəyanatda “Texas və Meksika arasındakı dəniz sərhədi Amerika körfəzidir” ifadəsi işlədilib. Eynilə Florida qubernatoru Ron DeSantis bazar ertəsi qış fırtınası ilə bağlı bir sərəncam verib və aşağı təzyiq sisteminin Birləşmiş Ştatların Körfəz Sahili üzərində hərəkət etdiyini qeyd edib.USCG və Florida-nın bu ifadədən istifadə etməsi, hövzənin adının dəyişdirilməsinin "Amerikanın böyüklüyünə" şərəf gətirəcəyini iddia edən, vəzifəyə gəldikdən dərhal sonra Trump tərəfindən imzalanan sərəncamla üst-üstə düşür.Fərmana əsasən, Daxili İşlər Naziri 30 gün ərzində bu 617,800 kvadrat mil (təxminən 1,6 milyon km²) dəniz hövzəsinin adını dəyişdirmək üçün bütün lazımi addımları atmağa borcludur.ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) tərkibindəki Coğrafi Adlar Məlumat Sistemi (GNIS) də yenilənməlidir və “Meksika körfəzi” ifadəsi rəsmi qeydlərdən silinməlidir.Bununla belə, rəsmi sənədlərə dəyişikliklər edilsə də, lakin beynəlxalq səviyyədə bu məcburi deyil.Beynəlxalq dəniz ərazilərinin adlandırılması ilə bağlı heç bir məcburi protokol yoxdur. Buna görə də, Trampın sərəncamı ABŞ daxilində rəsmi sənədlərdə ad dəyişikliyini nəzərdə tutsa da, digər ölkələr dəyişikliyi qəbul etmək məcburiyyətində deyil.

Seçilən
14
36
afn.az

10Mənbələr