AZ

"Atamın səhhəti ağır-stabil olaraq qalır"- Xalq artistinin qızı

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindəki son vəziyyətdən danışıb.

Aytən Həsənova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Atamın səhhəti ağır-stabil olaraq qalır. O xəstəxananın reanimasiya şöbəsindədir".

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
13
50
teleqraf.com

10Mənbələr