AZ

Bakıda DƏHŞƏTLİ QƏZA: Müəllim işə gedərkən HƏLAK OLDU - Foto

Bakıda avtomobilin vurduğu qadın faciəvi şəkildə dünyasını dəyişib. Hadisə yanvarın 22-də, səhər saat 07:40 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.

“Tofaş Doğan” markalı avtomobil yolu keçən qadını vurubSükan arxasında olan Şükür Məhərrəmov idarə etdiyi “Tofaş Doğan” markalı avtomobillə 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub. Gənc qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Həlak olan qadın müəllim idi

Məlumata görə, G.Pirizadə Bakı şəhəri P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Qəza müəllimin işə gedərkən baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
1497
50
bakuinfo.net

10Mənbələr