Yüksək sürətlə hərəkət edən sürücü faciəli qəzaya düşdü. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, "Audi" markalı avtomobilin sürücüsü özünü videoya çəkmək üçün avtomobili 300 km/saat sürətlə sürüb. Bu zaman sol zolağa manevr edən "TIR"a çırpılaraq ağır qəzaya düşüb. Zərbənin təsirindəm avtomobil yararsız hala düşüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.
Fərid