AZ

Ən sərfəli qiymətə avtomobillər – Bu markalar liderlik edir

Hazırda Azərbaycanda ən sərfəli qiymətə keyfiyyətli avtomobillərin siyahısını tərtib etmək üçün mütəxəssislər çox çalışırlar. Ancaq bazarda ən çox satılan yeni ve münasib qiymətə hansı modellər var?

Mövzu ilə bağlı News24.az-a satış məsləhətçisi Saleh Əlizadə danışıb. 

Onun sözlərinə görə, hazırda Çin markaları Koreya markalarını geridə qoyub.

“5 il əvvələ qədər bazarda ən çox satılan Koreya markaları idi. Misal üçün "KİA", "Hyundai". Ancaq indi "BYD", "Changan", "Chery", münasib qiymətə və yüksək komplekt funksiyalarına görə çox satılır. Hətta 25 min manata olan Çin markasında olan funksiyalar Koreya markalarının orta sinif markalarının bütün növlərində olmur. Ona görə bazarda tələbat sırf funksiyalara görə, Çin markalarındadır. Ancaq keyfiyyətdən indi danışmaq çox tezdir”, - deyə o bildirib.


Ağa Dadaşzadə

Seçilən
3
50
news24.az

10Mənbələr