Donald Tramp çərşənbə günü Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allahı xarici terror təşkilatı kimi tanımaq prosesinə start verən sərəncam imzalayıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Sənəddə deyilir: “Bu fərman husilər kimi tanınan Ənsarullahın xarici terror təşkilatı kimi tanınması prosesini başladır”. Bəyanata görə, husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika vətəndaşlarının təhlükəsizliyini, həmçinin ABŞ-nin ən yaxın regional tərəfdaşlarının təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhdid edir.
Vəli Həsənoğlu,
KONKRET.az