Qaynarinfo Pravda.az-a istinadla xəbər verir ki, sonuncu ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Ədalət Süleymanovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə və Şöhrət Əhmədovun Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən, Ədalət Süleymanova aid hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova yaşadığı həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediklərinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20 radələrində xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
10Mənbələr
-
gundem.az5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar verildi ( 14996417)
-
reyting.az4 yaşlı uşağın ölümünə səbəb olan həkim cəzalandırılıb ( 14990275)
-
olke.az5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar verildi ( 14982789)
-
olaylar.az5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar verildi ( 14981773)
-
demokrat.azMəhkəmə beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı ( 14981697)
-
milli.az5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar verildi ( 14981495)
-
oxu.azMəhkəmə beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı ( 14977917)
-
bakupost.azBeş yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı QƏRAR ( 14977607)
-
pravda.azMəhkəmə 5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı ( 14974513)
-
far.azBaş Prokurorluq həkim Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat yayıb ( 14967387)