ABŞ Dövlət Katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb. Tərəflər İran, Qəzzadakı israilli əsirlər və ABŞ-ın İsrailə dəstəyi kimi məsələləri müzakirə ediblər.
Marko Rubio söhbət zamanı Vaşinqtonun İsrailə sarsılmaz dəstəyini vurğulayaraq, bunun Donald Tramp üçün prioritet olduğunu qeyd edib.