"Türkiyənin təhlükəsizliyi Suriyanın təhlükəsizliyi deməkdir".
Parol.az xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani TRT Haber kanalına müsahibəsində bildirib.
"Biz sanksiyaların tamamilə aradan qaldırılmasını istəyirik. İnsanların daha yaxşı iqtisadi şəraitdə yaşaya bilməsi üçün bu sanksiyalar aradan qaldırılmalıdır", - deyə Şeybani əlavə edib.
O, Əsəd rejimindən qaçan 15 milyondan çox suriyalının öz evlərinə qayıtmasını da vacib hesab etdiyini qeyd edib.çox vacib hesab etdiyini bildirib.