"ABŞ və ya İsrail İran ərazisinə hücum edərsə, buna cavab verəcəyik".
Parol.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O qeyd edib ki, İran hərbi münaqişəyə can atmır, lakin hücum olarsa cavab da olacaq:
“İstənilən hərəkətə cavab verəcəyik.Ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün tərəflərinə zərər verəcək”.