Valideynləri boşanan uşaqların sonrakı həyatında insult riski iki dəfədən çox artır.
Bunu Kanada və ABŞ-dən olan beynəlxalq alimlər qrupu aşkarlayıb.
“Cebheinfo.az” xəbər verir ki, tədqiqat “PLOS One” elmi jurnalında dərc olunub.
Komanda 13 205 yaşlı amerikalının məlumatları əsasında davranış risk faktorlarını təhlil edib. Onların 13,9%-i valideynlərinin erkən boşanmalarının şahidi olub.
“Siqaret çəkmə, fiziki hərəkətsizlik, aşağı gəlir və təhsil, diabet, depressiya və aşağı sosial dəstək daxil olmaqla insult ilə əlaqəli ən məlum risk faktorlarını hesabladıqdan sonra belə, valideynləri boşanmışların insult keçirmə ehtimalı hələ də 61% daha yüksəkdir”,-deyə aparıcı müəllif Meri Kate deyib.
Valideynlərin boşanması və insult arasındakı güclü əlaqə digər iki tanınmış insult risk faktoru ilə oxşar olub: diabet və depressiya.
Alimlər qeyd ediblər ki, valideyn ixtilafı ilə insult arasında belə aydın əlaqənin səbəbi hələ də aydın deyil. Mütəxəssislər təsirin bioloji və sosial amillərin birləşməsindən qaynaqlandığını irəli sürürlər.