AZ

Magistratura imtahanlarında bu şəxslərə ədalətsizlik EDİLİR

“Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi magistratura imtahanı biliyin ölçülməsi baxımından yarımçıqdır, tam deyil”.

 

Bu sözləri  AzEdu.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib.

153833

Ekspertin sözlərinə görə, əvvəllər magistraturaya qəbul imtahanları qeyri-ixtisas və ixtisas fənləri olmaqla iki mərhələdən ibarət idi:

 

“Belə ki, birinci mərhələdə məntiq, informatika və xarici dil fənləri üzrə, ikincisi ixtisas mərhələsi idi. Bu gün ixtisas mərhələsi həyata keçirilmir. Səbəblərdən biri odur ki, ehtimal edirəm bəzi ixtisaslarda suallar  hazırlaya biləcək mütəxəssis problemi var. Amma belə hallarda xarici mütəxəssislərin köməyindən yararlanmaq olardı. Hər bir halda ixtisas imtahanını ləğv etmək çıxış yolu deyildi.

 

Magistraturaya qəbulda bərabərsizlik də var. Birinci mərhələdə yer alan məntiq və informatika fənləri texniki, riyazi yönümlü ixtisaslarda təhsil alanlar üçün asan göründüyü halda, humanitar sahənin məzunları üçün elə deyil.

 

Məsələn, informatika müəllimliyi ixtisasında təhsil almış məzuna informatikadan suallar təqdim edildiyi halda, filologiyadan məzun olana da informatikadan eyni səviyyəli suallar təqdim etmək necə ədalətli görünə bilər? Filologiya məzununa ixtisas mərhələsində özünü göstərə bilmək şansı da yaradılmır.

 

Magistraturanın hərfi mənası ustalaşmaq deməkdir. Bakalavr pilləsi üzrə ixtisası üzrə təhsil alan hər hansısa bir şəxs spesifik sahə üzrə ustalaşır, ixtisaslaşır. Bu baxımdan magistraturada təhsil almaq istəyən bakalavrın ixtisas üzrə biliyinin ölçülməsinə ehtiyac var,”- deyə fikrini tamamlayıb.

Seçilən
29
45
azedu.az

10Mənbələr