AZ

Ermənistanın Aİ-yə daxil olması avantüra və saxta gündəmdir – Erməni deputat

 

Ermənistanın Avropa İttifaqına daxil olması və bununla bağlı müzakirələr mövzusu avantüra və saxta gündəmdir. 

 

Missiya.Az erməni mediasına xəbər verir ki, bunu yanvarın 23-də parlamentin  ənənəvi brifinqlərdə “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi, Daşnaksütyun Partiyasının üzvü Artsvik Minasyan deyib.

 

Onun sözlərinə görə, hakimiyyət süni gündəmi təbliğ etmək əvəzinə, hələ 2017-ci ildə imzalanmış Ermənistan və Aİ arasında Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişində əsası qoyulmuş layihə və təşəbbüsləri həyata keçirməlidir. “Axı bu sənədin icrası genişmiqyaslı işlərlə yanaşı, bütün sahələrdə islahatların aparılmasını tələb edir. Üstəlik, sənəd Ermənistana geosiyasi seçim də təqdim etmir. Lakin bunun əvəzinə hakimiyyət, mövcud geosiyasi prosesləri nəzərə alsaq, son dərəcə təhlükəli və ciddi nəticələrə səbəb ola biləcək mövzunu gündəmə gətirib. Bu, Ermənistan cəmiyyətində parçalanmaya səbəb ola, yeni gərginlik və qarşıdurma ocaqları aça bilər”, - Minasyan qeyd edib.

 

Elcan

Missiya.Az

Seçilən
27
50
missiya.az

10Mənbələr