AZ

Ukrayna digər namizəd ölkələrlə müqayisədə Aİ üzvlüyünə daha yaxındır – Serbiya prezidenti Aleksandar Vucic

Serbiya prezidenti Aleksandar Vucic deyib ki, Ukrayna Serbiya da daxil olmaqla digər namizəd ölkələrlə müqayisədə Aİ üzvlüyünə daha yaxındır.

Editor.az bildirir ki, o, bu barədə Davosda Dünya İqtisadi Forumunda Vladimir Zelenski ilə görüşdən sonra “TV Pink” telekanalına müsahibəsində danışıb. Vuçiç qeyd edib ki, söhbət zamanı Ukraynada sülhün bərqərar olması və hər iki ölkənin Avropada inkişaf yolu müzakirə olunub. “Biz Ukraynada sülhdən danışdıq, eyni zamanda onlar kimi tutduğumuz Avropa yolu ilə bağlı bəzi məsələləri də müzakirə etdik. Beləliklə, biz ortaq məxrəc tapdıq”.

Serbiya prezidenti vurğulayıb ki, Ukraynadakı siyasi vəziyyət ona Aİ-yə daxil olmaq səylərində üstünlüklər verir. “Siyasi baxımdan Ukrayna əlbəttə ki, bizə daha yaxındır, bu məntiqlidir. Yəqin ki, ən yaxını. Amma bütün digər məqamlarda biz bu yolda daha çox olmuşuq”, – deyə o qeyd edib.
Görüşdən sonra Aleksandar Vucic sosial mediada Serbiyanın Ukrayna ilə əməkdaşlığı davam etdirmək və hər iki ölkəni Avropa Birliyinə daxil olmaq yolunda qarşılıqlı dəstəkləmək niyyətində olduğunu açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
2
editor.az

3Mənbələr