AZ

Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb

Lənkəran şəhəri ərazisində yerləşən və hazırda istifadə edilməyən keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Doğru.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd “AKM-74” markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.

DOĞRU.AZ

Seçilən
3
11
dogru.az

10Mənbələr