AZ

15 ildən sonra ilk dəfə - Səudiyyə şahzadəsi Livana səfər edəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının XİN rəhbəri 15 il ərzində ilk dəfə Livana səfər edəcək. Səfərdə məqsəd ölkənin yeni rəhbərliyini dəstəkləməkdir. 

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud birgünlük səfər çərçivəsində Livan Prezidenti Cozef Aun ilə və Baş nazir Nəvaf Salam ilə görüşəcək. 

"Al Nahar" qəzetinin yazdığına görə, 15 ildən sonra ilk dəfə belə bir səfərin baş tutması Dəməşqdəki hakimiyyət dəyişikliyindən və bölgədə İran təsirinin zəifləməsindən sonra Səudiyyə Ərəbistanının Livandakı mövqelərini bərpa etməyə çalışdığını göstərir.

Yanvarın 21-də, Davosda Dünya İqtisadi Forumunda çıxış edən şahzadə Feysəl bin Fərhan Livan ordusunun keçmiş komandanı Cozef Aunun iki ildən artıq davam edən siyasi böhrandan sonra yanvarın 9-da prezident seçilməsini müsbət addım adlandırıb. O, Livanın yeni hökumətinin çox yaxın zamanda formalaşacağına ümid etdiyini bildirib.

XİN rəhbəri deyib: "Biz real fəaliyyət görməliyik, yeni kabinetin islahatlar aparmaq niyyətini görməliyik ki, əlaqələrimizi gücləndirə bilək".

Şahzadə Faysal bin Fərhanın Prezident Aunu Səudiyyə krallığına rəsmi səfərə dəvət edəcəyi gözlənilir. "Al Nahar" nəşrinin məlumatına görə, Ər-Riyadda keçiriləcək danışıqlardan sonra ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş 22 sazişin imzalanması planlaşdırılır.

Hürr Tərcüman

Seçilən
3
44
hurriyyet.az

10Mənbələr